Şrift:
““Manas” hava limanındakı ABŞ hərbi bazası bağlanmalıdır”
29.12.2011 [12:11] - Köşə yazarları
““Manas” beynəlxalq hava limanındakı ABŞ hərbi bazası ölkə üçün təhlükə törətdiyi üçün bağlanmalıdır”. Bunu Qırğızıstan prezidenti Almaz Atambayev deyib. O bildirib ki, mülki hava limanında hərbi aviabaza Qırğızıstana lazım deyil: “Biz istəyirik ki, “Manas” sadəcə mülki aeroport olsun”.

A. Atambayev 2014-cü ildə ABŞ-la bağlanmış müqavilə başa çatdıqdan sonra aviabazanın bağlanacağı barədə Amerika tərəfini məlumatlandırdıqlarını söyləyib: “Amerikalılar 2014-cü ildə ya “Manas”dan çıxmalı, ya da Rusiya və ya başqa ölkələrlə birlikdə oranı mülki daşımalar mərkəzinə çevirməlidir”.

A. Atambayev bu qərarın Rusiyanı təzyiqi ilə alındığı haqda iddiaları təkzib edib.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed