Şrift:
Azərbaycan əsgəri Sərxan Tahirzadə ölkəyə qayıtdı
18.12.2014 [12:41] - Xəbərlər, Gündəm
kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan əsgər Sərxan Tahirzadə dekabrın 17-də Azərbaycana qayıdıb.

AzərTAc xəbər verir ki, Sərxan Tahirzadəni Bakı aeroportunda Müdafiə Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakı ofisinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

Doğma Vətəndə olmağına çox sevindiyini bildirən Sərxan Tahirzadə deyib: “Özümü yaxşı hiss edirəm. Mənə göstərilən diqqət və qayğıya görə ali baş komandan, prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova təşəkkür edirəm. Ayağa qalxmağıma kömək göstərən hər kəsə minnətdaram. Müalicəmi tam başa vurub Vətənə qayıtmağıma görə çox sevinirəm”.

Sərxan Tahirzadənin dayısı Mais Nəhmətov əsgərin müalicəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ailələri adından ali baş komandan, prezident İlham Əliyevə minnətdarlığını bildirib.

TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polat Sərxan Tahirzadənin müalicəsini tam başa vuraraq Vətənə qayıtmağından məmnunluq duyduqlarını diqqətə çatdırıb, əsgəri təbrik edib. Azərbaycan əsgərlərinə uğurlar diləyən ofis rəhbəri Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed