Şrift:
BDU-nun yubileyi qeyd olunub
19.12.2014 [15:27] - Gündəm, Mədəniyyət
Dekabrın 18-i Bakı Dövlət Universitetində 95 illik yubiley qeyd olunub. “Media forum” saytı xəbər verir ki, BDU-nun rektoru akademik Abel Məhərrəmov ali məktəbin 95 ildə gördüyü işlərdən, fəaliyyət istiqamətlərindən danışıb. O deyib ki, hazırda BDU-da tələbələrin təlim-tərbiyəsi ilə iki minə yaxın professor-müəllim heyəti, dörd minə yaxın əməkdaş, elmi işçi məşğul olur: “Onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 300 nəfərə qədəri elmlər doktoru-professor, 1000 nəfərə qədəri isə fəlsəfə doktoru və dosentdir”.

Rektor qeyd edib ki, BDU-da 17 fakültə, 127 kafedra, müasir texniki avadanlıqla təmin olunan 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir: “Ali məktəbdə təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dilində aparılır. Universitetdə xarici ölkələrdən minə yaxın tələbə təhsil alır”.

Təhsil naziri Mikayıl Cabbarov çıxışdan öncə prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan professor Şirməmməd Hüseynova “Şərəf” ordenini təqdim edib. Nazir çıxışında bildirib ki, böyük inkişaf yolu keçən universitet 95 il ərzində ölkənin təhsilinin inkişafı yolunda mühüm rol oynayıb.

AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, BDU Azərbaycanın ziyalı elitasının formalaşmasında mühüm rol oynayıb, müsəlman şərqində Avropa tipli ilk ali məktəb kimi zəngin inkişaf yolu keçib və mühüm uğurlar əldə edib.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed