Şrift:
Məşhur yazıçı vəfat etdi
20.12.2014 [12:57] - Gündəm, Hadisə
Deputat Jalə Əliyevanın şairə anası bu gün səhər keçinib
Azərbaycanın tanınmış şairəsi vəfat edib. ANS PRESS-in məlumatına görə, Nurəngiz Gün bu gün səhər saatlarında dünyasını dəyişib.

Şairənin qızı deputat Jalə Əliyeva ANS PRESS-ə açıqlamasında anasının uzun müddət yataq xəstəsi olduğunu deyib. Onun sözlərinə görə, N.Gün böyrək, ürək xəstəliklərindən əziyyət çəkib, ayaqları tutulub və yataq xəstəsi olub.

Hələlik onun harada dəfn ediləcəyi bəlli deyil. "Anam prezident təqüdçüsü olub. Biz onun harada dəfn edilməsi ilə bağlı müraciət etmişik. Mərasimin sabah baş tutması gözlənilir. Lakin hələlik harada dəfn ediləcəyi müəyyən deyil".

Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed