Şrift:
Hindistanda silahlıların hücumu nəticəsinə 48 nəfər ölüb
24.12.2014 [07:47] - Gündəm, Hadisə
Hindistanın şimal-şərqindəki Assam ştatında “Bodolend Milli-Demokratik Cəbhəsi” (BMDC) separatçı qruplaşmasının silahlılarının hücumları nəticəsində azı 48 nəfər ölüb.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, BMDC silahlıları ştatın 5 müxtəlif rayonunda dinc sakinlərə hücumlar törədiblər. Öldürülənlərin hamısı yerli qəbilə icmalarının üzvü olub. Onların arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.

Polis silahlıların hücumu intiqam məqsədi ilə törətdiyini bildirilir. Belə Hindistan təhlükəsizlik qüvvələri bu bölgədə xüsusi əməliyyat həyata keçirir.

Qeyd edək ki Hindistanın şimal-şərqindəki Assam ştatında bir neçə separatçı qruplaşma fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed