Şrift:
İrəvanda Azərbaycan-Ermənistan qarşıdurması
24.12.2014 [12:43] - Xəbərlər, Hadisə
Göyərtəsində azərbaycanlılar olan daha bir təyyarə "Zvartntos"a enib
Ötən gün göyərtəsində azərbaycanlılar olan daha bir təyyarə İrəvanın "Zvarnots" hava limanına məcburi eniş edib.

Kiyev-Tiflis reysi ilə uçan Ukrayna hava yollarına məxsus təyyarə pis hava şəraitindən Ermənistan paytaxtına enib. Təyyarənin göyərtəsində 13 azərbaycanlı olub. Sərnişinlərin təyyarədən çıxaraq hava şəraiti yaxşılaşanadək bufer zonada qaldıqları deyilir. 4 azərbaycanlı isə təyyarəni tərk etməkdən imtina edib.

Ermənistan Mülki Aviasiya Baş İdarəsinin mətbuat katibi Ruben Qrdzelyanın sözlərinə görə, təyyarəni tərk etməkdən imtina edən 4 azərbaycanlıya görə, təyyarə ekipajı da göyərtədə gözləyib. Ermənistan tərəfi sərnişinlərin hava şəraiti yaxşılaşanadək bufer zonada yeməklə təmin edilərək valyutadəyişmə məntəqəsinin xidmətindən istifadə etdikləri bildirilir. Bundan sonra təyyarə Tiflisə yola salınıb.

Xatırladaq ki, dekabrın 21-də Ukrayna Hava Yollarına məxsus göyərtəsində 25 azərbaycanlının da olduğu Kiyev-Tiflis reysini həyata keçirən təyyarə Irəvanda məcburi eniş etmişdi. Buna səbəb pis hava şəraiti olub.

İrəvanda məcburi eniş edən Ukrayna Hava Yollarına məxsus təyyarədə olan 25 azərbaycanlıdan biri, Kiyev Milli Aviasiya Universitetinin tələbəsi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayev İrəvan aeroportunda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının onları təyyarədən məcburən endirərək gözləmə zalına apardıqlarını deyib. "Burada azərbaycanlılara pasportlarına sərhəd keçid məntəqəsində möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olundu. Azərbaycanlıların təkidindən sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görüldü. Uzun müddət aradan sonra təyyarə ilə Tiflisə yola salındıq".
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed