05.01.2015 [11:08] - Siyasət
"İşğalçı və təcavüzkar dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür"
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar tarixli bəyanatına cavab verib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı APA-ya daxil olan şərhində bildirilib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilib və Azərbaycanın əraziləri işğal olunub: “Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir. İşğalçı və təcavüzkar dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür".
Qeyd edək ki, dünən Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycanın cəbhə xəttində “təxribat” törətməsi barədə bəyanat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi də bəyanat yayaraq bildirib ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır: “Təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan “diversantı” görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb”.

Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |