Şrift:
Erməni mafiyası saxlandı
07.01.2015 [11:33] - Gündəm, Hadisə
Artur Şahkərəm və adamları bir sıra cinayətlərdə günahlandırılırlar
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatının polisi bir neçə nəfərdən ibarət erməni cinayət qruplaşmasının izinə düşüb.

Qruplaşmadan artıq 2 nəfər saxlanıb. Ştatın ermənilərin çox yaşadığı Qlendeyl şəhərində 2 erməni - 33 yaşlı Artur Şahkərəm və 28 yaşlı Arbi Ter-Arakelyan həbs edilib. Onlar bir sıra cinayətlərdə günahlandırılırlar.

Cinayətkarlara məxsus “Mersedes-Sedan” markalı maşında kodu dəyişdirilmiş beş ədəd bank kartı aşkarlanıb. Həbs əməliyyat siqnalı nəticəsində həyata keçirilib.

Onlar həm də avtomobillərin qarət ilə məşğul olurmuşlar. Həbs olunanların avtomobilindən həm də narkotik metamfetamin preparatları aşkarlanıb. Hər iki kişiyə qarşı qarət, kredit kartlarla möhtəkirlik və narkotik maddə daşımağa görə cinayət işi qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed