Şrift:
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb
02.01.2012 [13:27] - Gündəm
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına 5 yeni üzv seçilib. Oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo quruma qeyri-daimi üzv seçilib. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Qeyd edək ki, Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatacaq Bosniya və Herseqovinanı əvəzləyəcək.
Bu xəbər oxucular tərəfindən 1304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed