Şrift:
İranla Pakistan arasında gərginlik yaranıb
03.01.2012 [12:10] - Gündəm
İran Pakistanla sərhədini bağlayıb. İki dövlət arasında insidentin yaranmasına səbəb pakistanlı sərhədçilər tərəfindən 3 iranlı hərbçinin saxlanmasıdır. Bu hərbçilərdən biri daha sonra öldürülüb.

Hadisə bazar günü Bəlucistan əyalətində baş verib. İranlı əsgərlər sərhədi pozan şəxsləri təqib edərək Pakistan ərazisinə keçiblər. Silahlı qarşıdurma zamanı iki nəfər yaralanıb, onlardan biri vəfat edib. Təqib olunan insanlar qaçıb gizlənə biliblər. Silahlı insidentdən sonra iranlı hərbçilər pakistanlı sərhədçilər tərəfindən saxlanılaraq həbs olunublar.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed