Şrift:
Ondinenin lənəti
23.01.2015 [10:47] - Gündəm, Sağlıq
Bu xəstəlik adını qədim Vikinq əfsanəsindən götürür.Daha çox yeni doğulmuşlarda rast gəlinən bu xəstəliyə irəli yaşlarda da qeyd olunur.Rəvayətə görə ölümsüz olan su pərisi Ondine Hans adlı bir insana aşiq olur.Bir müddətdən sonra Hansın başqa birisinə aşiq olduğunu öyrənir və onu lənətləyir.Ondinenin lənətindən sonra Hans ancaq şüurlu olaraq tənəffüs edir.Yatarkən onun tənəffüsü dayanacağı ücün yuxusuz qalır.Ancaq Hans 1 ay yuxusuzluğa dözə bilir ve yatarkən ölür.
Ondinen lənəti sindromunun yeni doğulmuşlarda səbəbi anadangəlmə onlarda tənəffüs mərkəzinin inkişaf etməməsidir.Yeni doğulmuşlarda şüur olmadığı üçün onlar iradi nəfəs ala bilmir və tələf olurlar.Təcrübəli həkim tərəfindən vaxtında aşkarlanarsa, həmin uşaqlar suni tənəffüs aparatına qoşulur,bir müddətdən sonra belə uşaqlara Pace adlı cihaz qoşulur və onlar avtomatik nəfəs ala bilirlər.İrəli yaşlarda isə bu xəstəliyin səbəbi keçirilmiş ağır kəllə-beyin travması nəticəsində beyin əsasının zədələnməsi,beyindaxili qansızmalardır.Bu zədələnmələrin nəticəsində tənəffüsün qeyri-iradi idarə olunması itir və insan tənəffüsünü öz iradəsi ilə idarə edir.
"Ondinenin lənəti" sindromu ən zalım xəstəliklər sırasındadır.Dünyada hər 200 000 yeni doğulmuşdan birində bu sindroma təsadüf edilir
Bu xəbər oxucular tərəfindən 1769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed