Şrift:
Pentaqon İranın hədələrinə cavab verib
04.01.2012 [13:11] - Gündəm
İran bəyan edib ki, Yeni İl ərəfəsində Fars Körfəzini tərk etmiş ABŞ-ın “John C. Stennis” təyyarə gəmisi öz dislokasiya yerinə qayıtsa, Vaşinqton üçün problemlər yaranacaq.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Corc Littl bu hədələrə cavab verərək bildirib ki, ABŞ hərbi qüvvələri son on il ərzində olduğu kimi Fars Körfəzində qüvvələrini cəmləşdirməkdə davam edəcək: “ABŞ-ın əsas vəzifəsi Hörmüz boğazından təhlükəsiz keçidə qarantiya verməkdir”.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Viktoriya Nuland bəyan edib ki, İranın yeni hədələri bu ölkəyə tətbiq olunan sanksiyaların özünü doğrultduğunu göstərir.
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed