Şrift:
Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti vəzifəsinə namizədliyi qeydə alınıb
04.01.2012 [15:59] - Gündəm
Türkmənistanın dövlət başçısı seçkilərinə hazırlıq çərçivəsində paytaxt Aşqabadda Seçkilər və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyanın növbəti iclası keçirilib. Bu barədə çərşənbə günü Türkmənistan Dövlət İnformasiya Agentliyi xəbər verib.

İclasın gündəliyində duran əsas məsələ ictimai birliklər və təşkilatlar tərəfindən Türkmənistan Prezidenti postuna irəli sürülən namizədin qeydiyyata alınması olub. Ölkənin hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun ali dövlət postuna namizədliyi qeydiyyata alınıb. Dünən səhər Prezident Seçkilər və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyaya gəlib.

Qurbanqulu Berdiməhəmmədovun ali dövlət postuna namizədliyi Demokratik Partiyan, Həmkarlar İttifaqı, Məxtimqulu adına Gənclər Təşkilatı, Müharibə Veteranları Təşkilatı və Türkmənistan Qadınlar İttifaqının ötən il dekabrın 15-də keçirilən birgə iclasının iştirakçıları tərəfindən yekdilliklə irəli sürülüb.

MSK sədri ölkədə qüvvədə olan qanunvericiliyə əsasən, qurumun qeydiyyat barədə qərarını oxuyaraq Qurbanqulu Berdiməhəmmədova prezidentliyə namizədlik vəsiqəsini təqdim edib.

Türkmənistanda prezident seçkiləri fevralın 12-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed