Şrift:
Bakı Musiqi Akademiyasının 95 illiyi keçiriləcək
03.02.2015 [11:05] - Gündəm, Afişa
Fevralın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovun fortepiano sinfinin tələbələrinin konserti olacaq. Konsert bu il 95 illik yubileyi qeyd olunan Bakı Musiqi Akademiyasına həsr edilən tədbirlərdən birincisidir.

BMA-nın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova bildirib ki, konsertdə həm solo, həm də ansambl əsərləri səslənəcək.

Yubiley proqramına daxil olan konsertdə həm də Tərlan Seyidovun keçmiş tələbələri iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed