Şrift:
Daha bir milli fəai həbs olundu
06.02.2015 [00:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanlı milli-mədəni fəal Ramin Rzayi barəsində çıxarılan 91 günlük həbs cəzasını çəkmək üçün zindana salınıb.
Azərbaycanlı fəal fevralın 3-də Mahabad (Soyuqbulaq) məhkəməsinin hökmlərin icrası bölümünə müraciət etdikdən sonra bu şəhərin zindanına aparılıb. O Mahabad məhkəməsinin 1-ci şöbəsi tərəfindən 91 gün həbs cəzasına məhkum edilib. Fəal anti-inqilab qrupların xeyirinə təbliğ etməkdə günahlandırılıb.

Xatırladaq ki, Ramin Rzayi, Əli Hidayəti və Yədullah Dəşti 2013-cü il avqustun 3-də Mahabadın inqilab məhkəməsində mühakimə olunub. Mahabadın inqilab məhkəməsi R.Rzayini 91 gün, Yədullah Dəştini 6 ay və Əli Hidayətini 5 ay müddətinə azadlıqdan məhrum edilib.


Hebib Elekbersoy
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed