Şrift:
Molla rejimi İranda sosial şəbəkələrin qarşısını ala bilmir
06.02.2015 [15:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı nazir: “İranda 9 milyon yarım insan “Viber” şəbəkəsindən istifadə edir”

İranın irşad və mədəniyyət naziri Əli Cənnəti fevralın 5-də jurnalistlərə açıqlamasında ölkədə sosial şəbəkələrin fəaliyyətindən danışıb.
Əli Cənnəti deyib ki, vətəndaşların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq artıq mümkün deyil: “Hazırda ölkədə 9 milyon yarım insan “Viber” şəbəkəsindən istifadə edir. “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı isə təxminən 4 milyon yarımdır.

İnternet istifadəçiləri fəaliyyətinə süzgəc (filter) qoyulmuş bir sıra sosial şəbəkələrə girmək üçün müxtəlif yollara əl atır, qoyulan süzgəci təsirsiz hala gətirməyə çalışırlar. İnternet bir sosial fenomendir və hesab edirəm ki, ondan necə yararlanmağı öyrənməliyik.

Bu gün sosial şəbəkələrdən istifadə etmək artıq qaçınılmaz hala gəlib çatıb və hesab edirəm ki, heç kəs onun qarşısını almağa qadir deyil”.

Qeyd edək ki, İran hökuməti son vaxtlarda bütün sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıraraq əvvəlki qadağaları şiddətləndirib.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed