Şrift:
Şərqi Azərbaycan polis rəisi internetdə narkotik maddələrinin aldı-satqısı ilə bağlı xəbərdarlıq etdi
07.02.2015 [12:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son zamanlar İran İslam Cümhuriyyətində internetdən narkotik maddələrinin alqı-satqısında geniş istifadə olunur.
Şərqi Azərbaycan Fəta (interneti kontrol edən polis) Polisinin rəisi Narkotik Maddələri ilə Mübarizə Şurasının keçirdiyi iclasda, internetdən çirkli məqsədlər üçün istifadə olunduğuna işarə edib:

“Real həyatda qanunu pozan şəxslər getdikcə İnternet aləminin geniş imkanlarını öz çirkli əməllərinə alətə çevirir. İnternetdə insanların tanınmaz adlarla fəaliyyət etməsi onların kontrola almasını çətinləşdirir. Bir sıra narkotik qaçaqmalçıları internet və xarici mobil telefonlarından istifadə edərək az risklə öz işlərini qabağa aparır.”

Məhəmməd Qasimlu internetə aludə olmağı da böyük problem kimi qiymətləndirib. O bildirib ki, “internet aludəçiliyi narkomaniyadan az ziyan vurmur və istifadəçi bu vəziyyətə gələrsə ona yardım etməkdə çətindir.”

Qeyd edək ki, şərhçilərin fikrinə görə, İranda fərdi azadlıqların olmaması və son zamanlar iqtisadi problemlərin artması gənclərin narkotik maddələrinə üz tutması ilə nəticələnir. Bu ictimai problem artıq İranın bütün bölgələrini bürüməkdədir.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed