Şrift:
Zəncan Vilayəti Xudabəndə şəhərində nikah sayı 16 faiz azalıb
07.02.2015 [12:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın ictimai-siyasi və iqtisadi vəziyyəti gözlənilməz nəticələr ortaya çıxarıb.
Son məlumata görə, Zəncan Vilayətinin Xudabəndə şəhərində nikah sayı azalıb.

Xudabəndənin Qeydiyyat İdarəsinin (səbti- əhval) rəisi bu barədə deyib ki, rəhbərlik etdiyi idarə nikah, doğuş, vəfat və boşanma statistikasını qeyd edir.

Məhəmməd Kazim Bəyat Zənacanda jurnalistlərin birinə deyib:

“Cari ilin son 10 ayında 1933 nikah qeydə alınıb, bu rəqəm keçən ilin 10 ayı ilə müqayisədə 16 faiz tənəzzül deməkdir.

Həmçinin son 10 ayda 2262 doğuş qeydə alınıb. Bu isə keçən ilə nisbətən 1 faiz azalmanı göstərir.”

M.Kazim Bəyat boşanma halları və ölüm faktlarına da işarə edib. Son 10 ayda 214 boşanma faktının olduğunu deyən idarə rəisi həmin müddətdə 583 nəfərin ölüm faktının qeydə alındığını bildirib.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed