Şrift:
İqtisadi Əməkdaşlıq Təşkilatı Daimi Təmsilçilər Şurasının iclası başlayıb
05.01.2012 [11:21] - İqtisadiyyat
Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daimi Təmsilçilər Şurasının 173-cü iclası başlayıb. Türkiyə mediasının verdiyi məlumata görə, iki gün davam edəcək toplantıda ECO baş katibi, üzvlər, üzv ölkələrin ECO-dakı daimi nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, 1985-ci ildə qurulmuş ECO-ya hazırda 10 ölkə daxildir. Azərbaycan bu təşkilata 1992-ci ildə qoşulub.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed