Şrift:
Bicarın Şəhər Şurasının üzvləri istefa verib
09.02.2015 [13:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hazırda Kürdistan vilayətinə bağlı olub Azərbaycanın tarixi şəhəri Bicardan yeni xəbər var.
Məlumata görə, Bicarın Şəhər Şurasının bütün üzvləri istefa verib. Buna səbəb Şəhər Şurasına ofis verilməməsidir. Şura üzvləri 1 ildən çoxdur idari imkanlar əldə etmək üçün İcra Hakimiyyəti və Valiliyə dəfələrlə müraciət edib.

Şura rəisi Seyid Əli Əsğər İbrahimi xəbəri təsdiqləyərək deyib: “Şəhər Şurasının iclasları İcra Hakimiyyəti tərəfindən tanınmır və biz Şura üzvləri bütüvlükdə istefa verdik.” O həmçinin bildirib ki, “səlahiyyətli orqanların əməkdaşlıq etmədiyi üçün Şura zahiri xarakter daşıyır, ona görə də bu vəziyyətin davam etməsini “əhaliyə xəyanət” kimi başa düşdük.”

Qeyd edək ki, Bicar şəhəri İran rejiminin anti-Azərbaycan siyasəti nəticəsində bir sıra vilayət, şəhər və kəndlər kimi artıq “Azərbaycan” adını üzərində daşımır və Kürdistan vilayətinə bağlıdır. Təxminən 100 min nəfər əhalisi olan şəhərdə kürdləşdirmə prosesi getsə də, hələ də bu şəhərin əksəriyyəti türklərdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed