Şrift:
İranda baş prokuror öldürülüb
11.02.2015 [00:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 10-u sübh saatlarında İranın Kirmanşah əyalətindəki Rəvansər şəhərinin baş prokuroru Səlim Qənbəri öldürülüb.
Kimliyi açıqlanmayan silahlı şəxs Səlim Qənbərini evdən çıxıb işə gedərkən odlu silahdan atəşə tutub. Hadisə nəticəsində Rəvansər şəhərinin baş prokuroru yerindəcə həlak olub, oğlu isə ağır bədən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hücumçu şəxsin baş prokuror mühafizəçiləri ilə qarşıdurmada yaralanaraq tutulduğu bildirilsə də, onun kimliyi və hansı səbəbə görə baş prokuroru öldürməsi haqda hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed