Şrift:
Azərbaycanlı millət vəkili musiqi konsertlərinin qarşısının alınmasına etiraz etdi
12.02.2015 [00:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili son zamanlar musiqi konsertlərinin ləğv olunmasına etiraz edib. Məsud Pezeşkiyan bu barədə deyib: “Təəssüflə hələ də musiqi ittiham altındadır. O halda ki, din üləmaları musiqiyə qarşı rəy verməyiblər, bəziləri öz şəxsi fikirini başqalıarına sırıyır.”
Azərbaycanlı millət vəkili əlavə edib ki, qanun riayət olunmur və musiqiçilərin konserti səbəbsiz yerə ləğv olunur. Onlara əlavə olaraq maddi ziyan da dəyir. Ona görə ki, konsert vermək musiqiçilərin gəlir mənbəyidir.

Qeyd edək ki, son günlərdə Güney Azərbaycanın Qoşaçay və Şot şəhərlərində “Yaşıl Günəş” musiqi qrupunun konsertinə qadağa qoyuldu. Şotda Azərbaycanın milli rəqslərini icra etmək üçün “Qaya” rəqs qrupuna da icazə verilmədi.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed