Şrift:
Sağlamlıq ayına start verilib
12.02.2015 [00:24] - Gündəm, Sağlıq
Fevralın 1-dən Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” elan olunaraq, əhalinin icbari tibbi dispanzerizasiyasına start verildi.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərn erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə artıq ənənəvi olaraq ölkəmizdə Sağlamlıq aylığı həyata keçirilir.
28.01.2015-ci il tarixində səhiyyə nazirinin müavini N.Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə ” Sərəncam imzalamışdır. Sənəddə Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq 2015-ci il fevral ayının 1-dən mart ayının 31-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi TYTŞ-ə tapşırılır. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürülməsi, qeyd olunan müddət ərzində görülmüş işlər barədə məlumatların hər 10 gündən bir və yekun məlumat Səhiyyə Nazirliyinə təqdim edilməsi haqda tapşırıqlar da Sərəncamda öz əksini tapmışdır.
Bu münasibətlə, ilk olaraq Səhiyyə Nazirliyində Respublikanın şəhər və rayon tibb idarə və müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirilmisdir. İclası giriş sözü ilə can TYTŞ müdiri G.Poladov aylığın əhalinin sağlamlığı üçün istiqamətindəki əhəmiyyətindən bəhs etmişdir. 2014-cü ildə dekabr ayında keçirilən aylıq çərçivəsində Respublika üzrə 5.240,000 yaxın əhalinin tibbi müayinələrdən, o, cümlədən Bakı şəhəri üzrə 1.250.000 yaxın əhalinin tibbi müayinələrdən keçməsini vurğulamışdır. Ümumilikdə müayinələrdən keçmiş əhali arasında 10 %-ə yaxın xəstə aşkarlanmışdır. Bu xəstələr müayinələrə cəlb olunmuş, digərləri isə dispanser qeydiyyata götürülmüşdür.
Qeyd olunan rəqəmlər, bir daha bu kimi tədbirlərin əhalinin sağlamlığının profilaktikası baxımından mühüm olduğunu bir daha sübut edir. Aylıq çərçivəsində Səhiyyə Nazirliyi, ötən ildə olduğu kimi, ölkənin müxtəlif bölgələrinə, tələbat olduğu halda tibbi heyətin göndərilməsini də planlaşdırir.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed