Şrift:
İranlı ayətullah: “İslamda musiqi haramdır”
12.02.2015 [01:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Üləma Məclisinin üzvü ayətullah Məhəmməd Yəzdi hökumətin qadın müğənnilərinin konsertinin keçirilməsinə icazə verməsi və ümumiyyətlə musiqi ilə bağlı siyasətinə kəskin etiraz bildirib.
Ayətullah Yəzdinin etirazı, İslami İrşad və Mədəniyyət Nazirliyinin bir qadın müğənnisinin səhnədə çıxışına icazə verməsi və onun yeni albomunun buraxılmasına lisenziya verməsindən bir neçə gün sonraya təsadüf edib. Bundan əvvəl İranın daha iki ruhanisi, ayətullah Nuri Həmədani və ayətullah Nasir Məkarim Şirazi də İrşad Nazirliyinin bu addımına etiraz bildiriblər.

Ayətullah Yəzdi irşad naziri Əli Cənnətiyə səslənərək ona musiqinin “haram” olduğunu xatırladıb: “Cənab nazir! Musiqi məsələləri üzrə məsuliyyət daşıyan müavininizə deyin ki, islamda musiqi haramdır və buna yol vermək olmaz. Bilin ki, bu kimi işlərlə siz dindarlar və ruhanilər arasında öz populyarlığınızı itirəcəksiniz. Cənab Cənnəti siz atanızın nüfuzu sayəsində bu vəzifəyə gəldiyinizi untmayın. Siz üzərinizə düşən vəzifəyə əməl etməlisiniz. Əks halda bizdən dəstək gözləməyin. Belə davam etdiriləcəyi təqdirdə isə, siz bizim ancaq etirazımızla qarşılaşacaqsınız”.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed