Şrift:
Ötən il Azərbaycan neftinin qiyməti büdcədəki proqnozdan 41% artıq olub
05.01.2012 [14:59] - İqtisadiyyat
Azərbaycan neftinin 2011-ci ildə dünya bazarında orta qiyməti 113,57 ABŞ dolları/barel təşkil edib. Bu, neftin dövlət büdcəsində nəzərdə tutulan baza qiymətindən 33,57 dollar və ya 41% artıqdır.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən verilən məlumata görə, ötən il Azərbaycan neftinin ən yüksək qiyməti 129,2 dollar (büdcədəki qiymətdən 49,2 dollar və ya 61% artıq), ən aşağı qiyməti 94,6 dollar (büdcədəki qiymətdən 14,6 dollar və ya 18% artıq) təşkil edib.

Neftin ən yüksək qiyməti 2011-ci il aprelin 11-də, ən aşağı qiyməti isə 2011-ci il yanvarın 4-də qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed