Şrift:
Urmiya Universiteti ilə İstanbulun Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
12.02.2015 [08:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Vilayətləri ilə Türk ölkələri arasında yaxınlaşma müşahidə olunur. Bir müddət öncə Güney Azərbaycanın Urmiya şəhəri ilə Türkiyənin Ərzrum şəhərinin qardaşlaşmasına şahid olduq. Bir neçə gün öncə isə Təbriz ilə Gəncə şəhərləri qardaşlaşdı. Bu əməkdaşlıq cəhdləri rəsmi və qeyri-rəsmi şəkildə davam etdirilir.
Son məlumata görə, Urmiya Universiteti ilə İTU (İstanbul Teknik Universiteti) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Məqsəd iki universitet arasında elmi və araşdırma əlaqələrini inkişaf etdirməkdir.

Müqaviləni Urmiya Universiteti tərəfindən Rəhim Hobbi Nəqi və İTU tərəfindən Məhəmməd Karaka imzalayıb.
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed