Şrift:
Fərəc Quliyev başsağlığı verdi
12.02.2015 [12:30] - MDH, Bildiriş, Fərəc Quliyev
Məlum olduğu kimi dünən “Qanun” Nəşrlər Evinin sahibi tanınmış jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı Könül Rüstəmxanlı ağır yol qəzasında həyatını itirb. Bu faciə ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev mərhumun ailəsinə, o cümlədən həyat yoldaşı “Qanun” Nəşrlər Evinin sahibi tanınmış jurnalist Şahbaz Xuduoğluna, baçısı Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıya, qaynları VHP sədri, millət vəkili Sabir Rüstəmxanlıya və tanınmış hüquq müdafiəçisi, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidetni və “Leqat” Hüquq Firmasının direktoru Əlövsət Əliyevə başsağlığı verib. Başsağlığında deyilir: “Azərbaycanın tanınmış bir ailəsinə üz vermiş bu faciədən dolayı çox üzüldük. Mərhumun bütün doğma və yaxınlarına, o cümlədən Sabir Rüstəmxanlıya, Əlövsət Əliyevə, Tənzilə Rüstəmxanlıya və Şahbaz Xuduoğluna Allahdan səbir diləyirik. Mərhumə Könül xanımın ruhu şad, məkanı Cənnət olsun deyirik!”

Fərəc Quliyev eyni zamanda ailənin daha bir üzvü, Sabir Rüstəmxanlının həmin qəzada xəsarət almış bacısı İlahə Əliyevaya da Allahdan şəfa dilədyini bildirib.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed