Şrift:
Tehranda türk məktəbi açılıb
05.01.2012 [15:37] - Gündəm
İranın paytaxtı Tehranda türk məktəbinin açılışı olub.

Türkiyə KİV-nin verdiyi məlumata görə, İrana səfərinin ikinci günündə xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə birlikdə Türkiyənin Tehran səfirliyinin nəzdində ibtidai təhsil məktəbinin açılışında iştirak ediblər.
İranın xarici işlər naziri mərasimdə çıxışı zamanı bildirib ki, Ə. Davudoğlu ilə birlikdə burada olmaq son dərəcə qürur verici bir hadisədir.
Türkiyəli nazir isə deyib ki, məktəb açılışları, məktəb başlanğıcları hər halda insan həyatında heç unudulmayacaq addımlardır: “Biz illərdir, Tehranda bir türk məktəbinin yoxluğunu hiss edirdik”.
Qeyd edək ki, məktəbdə təhsil türk dilində aparılacaq.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed