Şrift:
Azərbaycanın Təhsil Nazirliyi doktorantura və dissertanturaya keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb
05.01.2012 [15:42] - Mədəniyyət
Azərbaycanın Təhsil Nazirliyi doktorantura və dissertanturaya keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin xətti ilə fəlsəfə proqramı üzrə doktoranturaya büdcə vəsaiti hesabına 285 nəfər, ödənişli əsaslarla 110 nəfər qəbul olub.

Dissertanturaya isə büdcə vəsaiti hesabına 248 nəfər, ödənişli əsaslarla 146 nəfər qəbul edilib. G. Hüseynova deyib ki, elmlər doktoru proqramı üzrə doktoranturaya 68 nəfər qəbul olunub: “O yerlərin sayı az idi, ona gorə də elmlər doktoru proqramı üzrə doktoranturaya əlavə yerlər istənilməyib”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinə dissertantura üzrə əlavə 54 yer ayırıb.

Yerlərdən 31-i büdcə vəsaiti hesabına, 23-ü ödənişli əsaslarladır. Belə ki, doktoranturada plan yerlərinin sayı 345 nəfər olsa da, əlavə yerlər hesabına dissertanturaya daxil edilən şəxslərin sayı 394 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed