Şrift:
“Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası 2 həftə ərzində 50 min imza toplayıb
13.02.2015 [00:21] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ötən gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun nəzdində yaradılan İşçi Qrupun üzvləri ilə görüşüb.

Qurumun mətbuat xidmətindən verdiyi xəbərə görə, Xocalı soyqırımının ildönümü ərəfəsində keçirilən görüşdə İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası ilə bağlı müzakirələr aparılıb, görülən işlərlə bağlı hesabat dinlənilib.

Tədbirdə çıxış edən Şuranın üzvü, İşçi Qrupun rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov petisiyanın imzalanması istiqamətində bu günə kimi görülən işlərdən danışıb. Qeyd edilib ki, 2 həftə ərzində 50 min imza toplanılıb və səsvermə tam sürətlə davam etdirilir.

Şura sədri, millət vəkili Azay Quliyev aparılan kampaniyanın tez bir zamanda başa çatdırılması üçün görülən işləri qənaətbəxş qiymətləndirib. Görüşdə petisiyanı imzalayanların sayının yaxın bir həftə ərzində 100 minə çatdırılması üçün yeni iş bölgüsü aparılıb və görüləcək işlərlə bağlı QHT rəhbərlərinin fikir və rəyləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed