Şrift:
Son günlərdə həbs edilən Əli Rzayinin həyat yoldaşı təhdid edilib
14.02.2015 [00:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, dindirilməyə çağrılıb

Fevralin 8-də yenicə həbs olunmuş azərbaycanlı milli-mədəni fəal Əli Rzayinin həyat yoldaşı Şiva Dadaşzadə dindirilməyə çağrılıb.
ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) xəbər mərkəzi xanım Dadaşzadəni həyat yoldaşının ittihamı və vəziyyəti ilə bağlı maraqlandığı və prosesi təqib etdiyinə görə dindirməyə çağırıb. Məlumata görə, xanım Dadaşzadə dindirildiyi zaman saxlanılmaqla təhdid edilib. Ona bildirilib ki, əgər həyat yoldaşının vəziyyəti ilə bağlı məlumat yayarsa saxlanılacaq. Xanım Dadaşzadənin şəxsiyyət vəsiqəsi də məmurlar tərəfindən zəbt edilib.
Qeyd edək ki, xəbər verdiyimiz kimi azərbaycanlı fəal Əli Rzayi fevralın 4-də iş ezamiyyətinə getdiyi zaman Tehranın Mehrabad hava limanında yaxalanıb. Onun hazırda Evin zindanında saxlandığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed