Şrift:
Şərqi Azərbaycanın vali müavini Azərbaycan Respublikası ilə əlaqələrdən danışıb
14.02.2015 [00:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan vilayətinin vali müavini Azərbaycan Respublikası ilə İran arasında ortaq komissiyanın yaranmasına işarə edərək bu komissiyanın yaxın gələcəkdə Təbrizdə tədbir keçirəcəyini deyib.
Səid Şəbistəri Azərbaycan Respublikasından gedən bir qrup jurnalistlə görüşdə İranın bütün ölkələr xüsusi ilə qonşu ölkələrlə əlaqələri inkişaf istədiyini bildirib. O vurğulayıb ki, “Azərbaycan Cümhuriyyəti ilə əlaqələrimizi inkişaf etdirmək bizim üçün önəmlidir və xarici əlaqələrimiz üçün bir öncəlikdir.”

Şəbistəri “Nə üçün iki ölkə arasında ticarət səviyyəsi 500 milyon dolları aşmır?” sualının cavabında deyib:

“Bunun bir çox səbəbi var. Keçmişdə ölkələrimizin meyilsizliyi və əhalimizin geədiş-gəlişinin az olması kimi amillərə işarə etmək olar. Lakin hazırda hər iki ölkənin siyasəti və ölkə rəhbərlərinin bu istiqamətdə ciddiyyəti ticarət səviyyəsini yüksəldəcək.”

Vali müavini Azərbaycan Respublikasından gedən jurnalistlərdən istəyib ki, Şərqi Azərbaycan Vilayətinin potensial imkanlarını Azərbaycan əhalisinə çatdırsınlar və bununla da Şərqi Azərbaycanla Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına şərait yaratsınlar: “Biz Azərbaycan əhalisini yerli, bacı və qardaşlarımız kimi görürük və bütün sahələrdə onların yanında olmaq istəyirik.”

Qeyd edək ki, Azərbaycan Respublikasından bir qrup jurnalist Şərqi Azərbaycanın potensial imkanları ilə tanış olmaq üçün Təbrizə gəlib və burada araşdırma aparmaqdadır.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed