Şrift:
Ayətullah Xamneyi Barak Obamaya gizli məktub yazıb
14.02.2015 [21:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri ayətullah Əli Xamneyi ABŞ prezidenti Barak Obamaya gizli məktub yazıb. Bu barədə məlumatı, Amerikanın “The Wall Street Journal” qəzeti adının açıqlanmasını istəməyən bir İran diplomatına istinadla yayıb.
ABŞ prezidenti Barak Obama 2014-cü ilin oktyabr ayında Əli Xamneyiyə gizli məktub yazaraq İranın nüvə problemi barədə razılaşma əldə ediləcəyi təqdirdə Tehranla Vaşinqton arasında İraq-Şam islam dövlətinə (İŞİD) qarşı birgə mübarizə və əməkdaşlığın mümkünlüyündən danışımışdı. Xamneyinin Obamaya cavab məktubu yazıb göndərməsini İranın bir sıra hökumət saytları da təsdiqləyib.

Yayılan məlumata görə, ayətullah Xamneyinin Obamaya məktubunun mətni diplomatik qaydalara uyğun yazılsa da, İranın dini lideri bölgədə terrorçu “İŞİD” yaraqlılarına qarşı birgə əməkdaşlıqla bağlı hər hansı bir öhdəliyi üzərinə götürməkdən imtina edib.
Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed