Şrift:
ETTELAAT-ın həbs etdiyi milli fəaldan 2 həftədir xəbər yoxdur!
17.02.2015 [00:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təxminən iki həftə öncə Tehranda tutuqlanan azərbaycanlı fəaldan heç bir xəbərin olmaması, onun ailəsinin nigaranlığına səbəb olub.
Ə.Rzayinin yaxınlarından birinin sözlərinə görə, o bu müddətdə öz ailəsi ilə heç bir əlaqə saxlamayıb. Bu vəziyyət isə fəalın ailəsi və milli-mədəni fəalların nigaranlığına səbəb olub.

Azərbaycanlı fəal fevralın 4-də Bəndər Abbasa ezamiyyətə gedərkən yolda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun üzərində axtarış aparıldıqdan sonra naməlum istiqamətə intiqal edilib. Axtarış nəticəsində azərbaycanlı fəala aid bir sıra şəxsi əşya o cümlədən kitab, kompüter və hətta toy mərasimi filmi məmurlar tərəfindən zəbt olunub.

Fevralin 8-də isə fəalın həyat yoldaşı Şiva Dadaşzadə dindirilməyə çağrılıb. ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) xəbər mərkəzi xanım Dadaşzadəni həyat yoldaşının ittihamı və vəziyyəti ilə bağlı maraqlandığı və prosesi təqib etdiyinə görə dindirməyə çağırıb. Məlumata görə, xanım Dadaşzadə dindirildiyi zaman saxlanılmaqla təhdid edilib. Ona bildirilib ki, əgər həyat yoldaşının vəziyyəti ilə bağlı məlumat yayarsa saxlanılacaq. Xanım Dadaşzadənin şəxsiyyət vəsiqəsi də məmurlar tərəfindən zəbt edilib.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed