Şrift:
Şimali Osetiyada 13 nəfər “donuz qripinə” yoluxub, 1 nəfər ölüb
17.02.2015 [00:19] - Gündəm, Sağlıq
Şimali Osetiyada 13 “donuz qripi”nə (А/H1N1/) yoluxma halı qeydə alınıb, xəstəlikdən 1 nəfər ölüb.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Respublikanın səhiyyə nazirinin müavini Tatyana Tsidayeva bildirib.

“Bu günə olan məlumata görə, “donuz qrip” virusundan 1 nəfər dünyasını dəyişib”, deyə nazir müavini bildirib.

Sankt-Peterburqda fəaliyyət göstərən qrip üzrə Elmi Tədqiqat İnstitutunun mütəxəssislərinin rəyinə görə, Rusiyada А/H1N1/ virusuna yoluxma hallarına tək-tək hallarda təsadüf edilir. “Epidemiya barədə söhbət gedə bilməz” – deyə İnstitutdan bildiriblər.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed