Şrift:
Azərbaycan Rusiyadan “Mi-17” tipli helikopterlər alıb
29.09.2011 [15:08] - Xəbərlər
Azərbaycan Rusiyadan “Mi-17” tipli bir neçə helikopter alıb.

APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq, helikopterlərin ilin sonuna qədər Azərbaycana təhvil verilməsi planlaşdırılır.

Helikopterlərin hansı qurum tərəfindən alındığı qeyd olunmayıb.

“Mi-17” tipli helikopterlər əsasən daşıma (şəxsi heyət, yük), ambulans, yanğınsöndürmə və xilasetmə funksiyalarını yerinə yetirə bilir.

Qeyd edək ki, son 5 ildə Azərbaycanın müxtəlif qurumları (mülki və hərbi) tərəfindən Rusiyadan 10-dan artıq “Mi-17” modifikasiyalı helikopter alınaraq ölkəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed