Şrift:
Səid Şirzad məhkəmə iclasına qatılmaqdan imtina edib
18.02.2015 [00:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uşaq haqları müdafiəçisi Səid Şirzad məhkəmə iclasına qatılmaqdan imtina edib.
Uşaq haqları fəalı fevralın 15-də Tehranın inqilab məhkəməsinin 15-ci şöbəsinə çağrılıb. Lakin məhbus məhkəmə iclasına qatılmaqdan imtina edib. Davam.az xəbər verir ki, GünAz TV mətbuat mərkəzinin “Herana”ya istinadən yaydığı məlumata görə, o iclasa qatılmamasını bu günə qədər vəkilinin onun dosyesi ilə tanış ola bilmədiyi ilə əlaqələndirib.

Qeyd edək ki, S.Şirzad iyunun 2-də Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına intiqal edilib. O 2012-ci il avqustun 21-də Qaradağda baş verən qağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed