Şrift:
“NATO-nun Türkiyədə quraşdıracağı raketdən müdafiə sistemi İran üçün təhlükə yaratmayacaq”
06.01.2012 [10:17] - Gündəm
“Türkiyə ərazisindən qonşularımıza hücum edilməsinə icazə verə bilmərik”. Iran mediasının verdiyi xəbərə görə, bu barədə İranda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həmkarı Əli Əkbər Salehi ilə Tehranda keçirdikləri birgə mətbuat konfransında məlumat verib. O bildirib ki, bəzən İran və Türkiyə ilə bağlı yanlış xəbərlər yayılır: “Bu da iki ölkənin münasibətlərinə mənfi təsir göstərir. Türkiyə ilə İranın tarixi bağları var. Biz qonşu ölkələrlə münasibətimizi pozacaq addım atmarıq”. NATO-nun Türkiyənin Malatya şəhərində quraşdırılması planlaşdırılan raketdən müdafiə sisteminə (RƏM) də toxunan Əhməd Davudoğlu bunun İran üçün təhlükə yaratmayacağını vurğulayıb: “Sadəcə NATO müdafiə mexanizminin bir parçası olan RƏM Türkiyədə yerləşdiriləcək. Amma bunun qonşu ölkələr üçün təhlükəsi yoxdur. Xüsusilə də tarixi bağlarımız olan İrana qarşı təhdid kimi qəbul edilməməlidir. Biz çox arzu edirik ki, İran da buna əmin olsun. Bu barədə NATO ilə Türkiyə arasında imzalanan müqavilədə də qeyd olunub”.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed