Şrift:
Ayətullah Xamneyi: -Nüvə danışıqlarında irəliləyiş olsa da sanksiyalar ləğv edilməyəcək”
19.02.2015 [01:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri ayətullah Əli Xamneyi fevralın 18-də bir qrup Azərbaycan əhalisi ilə görüşərək Qərblə aparılan nüvə müzakirələrindən və ölkəyə qoyulan sanksiyalardan danışıb.
Xamneyi deyib ki, ölkə sanksiyalar qarşısında müqavimət göstərməli və bunun üçün indidən tədbir görməlidir: “Hesab edirəm ki, ciddi bir iş görmək lazımdır. Biz sanksiyalar qarşısında dayana, düşmənlərin hədəf və niyyətini puça çıxara bilərik. Əgər bunu etməsək, düşmən bizim nüvə proqramımıza şərt qoyacaq, sanksiyaları davam etdirəcək. Düşmən sanksiyalar məsələsindən maksimum istifadəni edərək xalqın hərəkətini dayandırmağa çalışır.

Şəxsən belə düşünürəm ki, əgər nüvə müzakirələri onların (Qərbin) diktə etdiyi kimi davam etsə və danışıqlarda irəliləyiş olsa da, ölkəyə qoyulan sanksiyalar ləğv edilməyəcək. Çünki onlar inqilabın özü ilə müxalifdirlər”.
Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed