Şrift:
Azərbaycanlı fəalların uğurları pan-İranistləri dilə gətirdi!
19.02.2015 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türklərinin İran kimliyindən uzaqlaşması və türk kimliyi ilə sifətlənməsi müxtəlif formalarda özünü göstərməkdədir. Bu proses artıq rəsmi dairələrdə də müşahidə olunur və zaman-zaman pan-İranistlər və radikal kürd millətçilərinin qəzəbinə səbəb olur. Bu zəmində “Dideban-i Kirmanşah” saytı öz qəzəbini “Süngür pan-türkistləri Valiliyin canına düşüb!” yazısında belə brüzə verib:
""Dideban” saytı, Süngür pan-türkistlərinin müəmmalı şəkildə Valiliyə nüfuz etməyə çalışdıqları haqda məlumat əldə edib. Təsir etməyə çalışan cərəyan gizli şəkildə gedir, ona görə də kimsənin bu hadisədən düzgün məlumatı yoxdur. Onlar Valiliyə nüfuz etməklə öz məkrli planlarını icra etmək istəyir. Təəssüflə bu məsələdə ölkə valilərindən biri və həmçinin daha bir vali müşaviri onların planlarında rol oynayır."

Sayt Valilikdə bəzi şəxslərə təzyiq olunduğunu bildirərək iki nəfərin adını da çəkib.

“Dideban” saytı yaydığı məlumadta bu cərəyanla bağlı xəbərdarlıq edərək yaxın gələcəkdə cərəyanın təfərrüatı ilə bağlı məlumat yayacağını bildirib!
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed