Şrift:
Binab şəhərinin küçə və xiyabanları bərbad vəziyyətdədir!
20.02.2015 [11:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Binab şəhərinin küçə və xiyabanları asfalt baxımından bərbad vəziyyətdədir.
Bu vəziyyətə görə davamlı olaraq can və mal itkisinə məruz qalan şəhər əhalisi, uzun müddətdir şəhəriçi yolların çəkilməsi və onların təmir edilməsini tələb edir.

Son məlumata görə, Binab Şəhər Şurasının rəisi vəziyyətlə bağlı mətbuata danışıb: “Binabda şəhəriçi yollar bərbad vəziyyətdədir. 4 ay öncə şəhəriçi yolların birinə 100 tondan çox asfalt tökülüb. Lakin asfaltın keyfiyyətiz olması və məsulların düzgün nəzarət etməməsi səbəbindən, hazırda bu yol dağılıb və yenidən təmir olunmalıdır.”

Rəsul Rəhbərfam bir ton asfaltın 180 min tümənə başa gəldiyini bildərərək deyib ki, Bələdiyyə bu ağır şəraitdə yolu asfalt etmək üçün çoxlu vəsait (pul) xərcləyib, təəssüflə asfalt artıq dağılmaqdadır.

R.Rəhbərfam əhalinin haqlı istəkləri qarşısında, Şuranın cavabdeh olduğunu vuğulayaraq məsulları bu problemi aradan qaldırmağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed