Şrift:
Neftimiz yenidən ucuzlaşdı
20.02.2015 [12:32] - Xəbərlər, Gündəm, İqtisadiyyat
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 61,89 dollar/barel təşkil edib.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 61,89 dollar/barel təşkil edib.

Cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən 2,25 dollar/barel ucuzlaşıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ bildirir ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 60,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,21 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 19-da 56,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,13 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 19-da 58,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed