Şrift:
Azərbaycanda elektron gömrük bəyannamələrinin tətbiqinə başlanıb
06.01.2012 [10:36] - İqtisadiyyat
Heydər Əliyev Beynəlxalq Aeroportundan uçan sərnişinlər gömrük bəyannaməsini artıq elektron şəkildə də doldura bilər. Bu barədə «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) bildirilib.

Aviaşirkətdən verilən məlumata görə, sərnişinlərin rahat şəkildə bir məntəqədən digərinə çatdırılması yolunda bir çox müvafiq strukturlar öz səylərini əsirgəmir: «Azərbaycan Dövlət Gömrük Komitəsi də bu yöndə müvafiq addımlar atmaqdadır. Komitənin rəsmi internet saytında bütün gömrük qanunvericiliyi barədə məlumatlar yerləşdirilib. Saytın «e-Gömrük Xidmətləri» bölməsində «Fiziki şəxslər üçün gömrük bəyannaməsi» moduluna daxil olaraq, əvvəlcədən doldurulmuş və çap edilmiş sərnişin bəyannaməsini gömrük orqanına təqdim etməklə, sərnişinlər gömrük postlarında öz sürətli keçidlərini təmin etmiş olacaqlar».

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun gəliş-gediş zallarında sərnişinlər tərəfindən elektron bəyanetmə prosesini həyata keçirmək məqsədi ilə Məlumat Köşkləri yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed