Şrift:
Ergenekon bayramında 9 gün istirahət edəcəksiniz
20.02.2015 [14:30] - Xəbərlər, Afişa
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırıldı

Azərbaycanın Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib. Qeyri-iş günlərinin sayı 9 gün olacaq. "DAVAM" Media Qrupu-nun məlumatına görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, indi Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28-də (şənbə günü) daxil olmaqla, 9 gün ardıcıl qeyri-iş günüdür (martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ayın 25-i və 26-sı da qeyri-iş günlə sayılır).
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed