Şrift:
Hippokrat andı içməyən 63 saxta diplomlu həkim
20.02.2015 [19:58] - Xəbərlər, Sağlıq
Yoxlama tədbirləri nəticəsində 63 saxta diplomlu həkim aşkar olunub

2014-cü il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290 və Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan, 1 tibb işçisi barədə hüquq-mühafizə orqanı vasitəsilə cinayət işi qaldırılıb.

Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 63 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed