Şrift:
Güney Azərbaycanda Ebola virusunun yayılması barədə yayılan xəbərlər təkzib edildi
21.02.2015 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə Şərqi və Qərbi Azərbaycan vilayətlərində Ebolo virusunun yayılması barədə yayılan xəbərlər təkzib edildi.
Təbrizin Tibb Universitetinin rəisi bildirib ki, Təbriz və Şərqi Azərbaycanda donuz qripi və Ebola virusunun yayılması şayiəsi yalandır.

Məhəmməd Möhsün Somi sosial şəbəkələrdə donuz qripi və Ebola virusunun yayılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib: “Belə xəbərlər həqiqətən yalandır və bu kimi xəbərlərin yayılması əhalini nigaran etməkdən başqa heç işə yaramır. Mən Ebola virusunun yayılmasını təkcə Təbrizdə deyil, ümumiyyətlə bütün ölkədə təkzib edirəm.”

M.Somi Tehranda qeydə alınan şübhəli ölümlə bağlı da danışıb: “... O, Ebola virusu ilə əlaqədar şübhəli tanınmışdır, lakin yoxlamalardan sonra dünyasını dəyişən şəxsin Ebola virusuna yoluxmadığı bəlli oldu.”

Qərbi Azərbaycan Tibb Universitetinin rəisi də bu vilayətdə Ebola virusunun yayılması xəbərini rədd edib.

Məcid Ağazadə bildirib ki, Qərbi Azərbaycanda Ebola vurusunun yayılması xəbərini təkzib edirəm: “Bu xəstəlik əlaməti ilə Tibb Müəssisələrinin müraciət olunub. Lakin yoxlamalardan sonra bəlli olub ki, onlar qripin B növünə mübtəla olublar. Ona görə də, bu zəmində heç bir nigaranlığa əsas yoxdur.”

Qeyd edək ki. Son günlərdə donuz qripi və Ebola virusunun Azərbaycan şəhərlərində yayılması ilə bağlı xəbərlər yayılmışdır. Sosial şəbəkələrdə yayılan xəbərlərdə hətta bir neçə nəfərin bu səbəbdən öldüyü bildirilmişdir. Lakin məlumat verdiyimiz kimi bu zəmində yayılan bütün xəbərlər rəsmi şəxslər tərəfindən təkzib edilir.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed