Şrift:
Ərdəbil-Germi yolunda baş verən avtomobil qəzasında 5 nəfər həlak olub
21.02.2015 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 20-si sübh saatlarında Güney Azərbaycanın Ərdəbil-Germi magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər həlak olub, bir nəfər isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Ərdəbil-Germinin yeni magistral yolunun Bərzənd məntəqəsində yerləşən Tusanlı körpüsü üzərində Pejo və Nissan markalı sərnişin avtomobillərinin toqquşması nəticəsində həlak olanların 3-ü əsgər, 2-si isə avtomobilin sürücüləridir.

Germinin Qızıl Aypara Cəmiyyətinin rəisi Əbdülhüseyn Nəcəfi jurnalistlərə açıqlamasında deyib ki, hadisəyə, hər iki avtomobilin yüksək sürətlə hərəkət etməsi və havanın dumanlı olması səbəb olub. Əbdülhüseyn Nəcəfi qəza qurbanlarının kimliyini açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed