Şrift:
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır, temperatur yüksələcək
06.01.2012 [11:58] - Gündəm
Bakı və Abşeron yarımadasında yanvarın 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Yanvarın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək.
Səhər duman və çiskin olacaq. Axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 7-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.

Yanvarın 8-də bölgələrdə havanın gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed