Şrift:
Azərbaycan elektrik enerjisinin ixracını iki dəfə artırıb
23.02.2015 [00:11] - Gündəm, İqtisadiyyat
2015-cü ilin yanvarında Azərbaycan gömrük bəyannamələri üzrə 17,52 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 9,6 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Hesabata görə, bu ilin yanvarında Azərbaycan ötən ilin müvafiq dövründəki 557,78 min dollara nisbətdə ümumi məbləği 943,96 min dollar olan elektrik enerjisi ixrac edib.

Azərbaycan 2014-cü ildə gömrük bəyannamələri üzrə 588,32 milyon kilovat-saat elektrik enerjisi, 2013-cü ildə isə 595,67 milyon kilovat-saatdan çox elektrik enerjisi ixrac edib.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed