Şrift:
Əlirza Fərşi Evin zindanına aparılıb
23.02.2015 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal, işindən uzaqlaşdırılmış universitet müəllimi İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Evin zindanına intiqal edilib.
Əlirza Fərşi "21 Fevral – Dünya Ana Dili Günü" Tehranda öz şəxsi evində yaxalanıb.

Hələlik azərbaycanlı fəalın tutulmasının səbəbi dəqiq bəlli deyil, lakin onun Dünya Ana Dili Günü ərəfəsində insan haqları fəaliyyətləri ilə bağlı tutulduğu ehtimal edilir.

Qeyd edək ki, adını çəkdiyimiz fəal keçən il də Dünya Ana Dili Günündə Tehranda tutulub və bir neçə ay saxlanılmışdır.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed